Zakir Həsənov Rusiya səfiri ilə görüşüb

AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdə yeni təyin olunan səfiri Mixail Boçarnikov ilə görüşüb.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin zəngin tarixə malik olduğunu deyən general-polkovnik Z.Həsənov bunun gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Rusiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

21.09.2018 18:17 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo