Parlament demokratik quruculuğun əsas sütunlarından biridir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunması böyük məna kəsb edir. Parlament azadlıq, demokratiya, ədalət prinsipləri və insanlar arasında bərabərliyin gücləndirilməsi istiqamətində böyük rola malikdir”. 

Azadinform xəbər verir ki, bu sözləri Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib. O qeyd edib ki, parlament demokratik quruculuğun əsas sütunlarından biridir: “Qanunverici orqan, həmçinin dövlət və cəmiyyət arasında əlaqələri müəyyən edən strukturdur. Hesab edirəm ki, Azərbaycanın bu tarixi təntənəli qeyd etməsi qanunverici orqana verilən yüksək qiymət kimi dəyərləndirilməlidir”. 

Sudanın Azərbaycan ilə yüksək səviyyəli əlaqələrə malik olduğunu söyləyən sədr deyib: “Ölkəmiz müstəqil Azərbaycan Respublikasını tanıyan və paytaxt Bakıda 1993-cü ildə səfirlik açan ilk dövlətlərdən olub. Sudan Azərbaycan ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir. Ölkələrimizin rəhbərləri arasında təşəkkül tapmış yüksək səviyyəli siyasi dialoq parlamentlərarası əməkdaşlığın layiqli müstəviyə çatdırılmasına müsbət təsir göstərir. Bu tədbirdə iştirakımız parlamentlərarası əlaqələrin inkişafına olan marağımızın və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində parlamentlərin rolunun vacibliyinin bariz nümunəsidir. Parlament diplomatiyası xarici siyasətin ən vacib istiqamətlərindən biri olaraq rəsmi diplomatiyanın güclü yardımçısına çevrilib”. 

Sudan Milli Assambleyasının sədri qeyd edib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Müxtəlif sahələrdə 16 saziş imzalanıb. Regional və beynəlxalq müstəvidə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanlar var.

21.09.2018 17:02 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo