Cümhuriyyət dövründə qəbul edilən qərarlar bütün dünyaya nümunə olub

Samir Soltanov/AZADİNFORM. “Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin yaradılması mühüm addım idi. Müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də müxtəlif dinlərin, xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirdi”. 

Azadinform xəbər verir ki, bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib. Jan-Fransua Mansel vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament 300-dən çox sənədi, o cümlədən qadınlara səsvermə hüququ verilməsinə dair qərarı təsdiq edib. Bu, bütün dünyaya bir nümunə olub. 

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətlərindən söhbət açıb. 

O, Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını vurğulayıb.

21.09.2018 16:25 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo