Azərenerji təxirəsalınmaz tədbirlərə başlayıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə edilən yeni təyinatdan sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. 

Azadinform xəbər verir ki, hazırda bütün enerji obyektlərinə kompleks baxış keçirilir. Ölkə enerjisisteminin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Müəssisələrdə əmək və xidmət intizamının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılır. 

Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. Eyni zamanda, kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir. 

21.09.2018 14:54 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
    17.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo