Aquero daha 3 il Mançester Sitinin şərəfini qoruyacaq

Samir Soltanov/AZADİNFORM. “Mançester Siti” ulduz futbolçusu Serxio Aquero ilə müqaviləni yeniləyib. 

Azadinform xəbər verir ki, argentinalı hücumçunun yeni sözləşməsinin müddəti 2021-ci ilin yayına qədərdir. 30 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2020-ci ilin mayına qədər nəzərdə tutulmuşdu. 

Qeyd edək ki, Aquero 2011-ci ildə "Atletiko"dan transfer edilib. O, bu müddətdə "şəhərlilər"in heyətində 299 oyuna 204 qol vurub. Bu göstərici ilə Aquero "MS" tarixinin ən məhsuldar futbolçusudur.

21.09.2018 14:45 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo