Mənzildə 58 yaşlı kişi meyiti tapılıb

Samir Soltanov/AZADİNFORM. Bakıda mənzildə kişi meyiti tapılıb. 

FHN-dən Azadinform-a verilən məlumata görə, Nizami rayonunda 1960-cı il təvəllüdlü Strotryeviç Konstantin Ladmiroviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı hərəkətsiz vəziyyətdə aşkar ediblər. İlkin müayinə zamanı K.Strotryeviçin vəfat etdiyi müəyyən olunub.

21.09.2018 14:00 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.05.2019
    18.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo