Parlament Azərbaycanın regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanda ilk parlament 100 il bundan əvvəl yaradılıb. Bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir”. 

Azadinform xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli bildirib. O qeyd edib ki, biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib. Bu müasir “Alov qüllələri”nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib”.

21.09.2018 13:35 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo