Putin Rusiya-Ermənistan müttəfiqliyinin daha da inkişafına əmindir

Nərgiz Məmməd/AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin Ermənistanın müstəqillik günü ilə əlaqədar bu dövlətin prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda Moskva ilə İrəvan arasındakı uğurlu əməkdaşlıqdan əminliyini vurğulayıb.

Azadinform ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. O, gələcəkdə də qarşılıqlı əlaqələrin təmin olunacağına əmin olduğunu bildirib.

Qeyd edib ki, qarşılıqlı əlaqələr iki qardaş xalqın maraqlarına cavab verir və regionda təhlükəsizliyin, sabitliyin əsasını təşkil edir.

21.09.2018 12:50 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo