FHN: Xətaidə baş verən yanğının söndürülməsi işləri davam etdirilir

AZADİNFORM. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.

FHN-dən Azadinform-a bildiriblər ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

21.09.2018 12:55 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo