Qarabağ çox yaxşı futbol oynadı Nani

Samir Soltanov/AZADİNFORM. “Çətin oyun oldu. Rəqibimiz çox yaxşı futbol oynadı. Birinci hissədə qol epizodları yaratsaq da, hesabı aça bilmədik. İkinci hissədə isə bu fürsətdən istifadə etdik və ilk qolu vurduq”. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bunu Portuqaliyanın "Sportinq" klubunun kapitanı Luiş Nani Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında bildirib. İlk qolun ötürməsini verən portuqaliyalı oyunçu komandasına kömək etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Üç xal qazanmağımıza kömək etdiyim üçün şadam. Düzgün yolda irəliləyirik və belə də davam edəcəyik”. 

Nani "Arsenal”ın E qrupunun favoriti olduğunu bildirib: "Bu komanda Çempionlar Liqası səviyyəsindədir. Ancaq biz də "Arsenal”la oyunlarda 6 xal qazanmağa çalışacağıq. İndiki vəziyyətdə futbolda dəqiq favorit və udulmuş oyun yoxdur".

21.09.2018 11:51 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo