Türkiyədə 110 zabit barəsində həbs qərarı

Samir Soltanov/AZADİNFORM. Türkiyədə FETÖ əməliyyatı davam etdirilir. 

Azadinform xəbər verir ki, bu dəfə Türkiyə Hərbi Hava Qüvvələrinin FETÖ ilə əlaqəsi olan 3 polkovnik, 2 podpolkovnik, 6 mayor, 3 kapitan, 18 baş leytenant, 1 leytenant, 77 çavuş olmaqla 110 zabiti barəsində həbs qərarı çıxarılıb. Bildirilir ki, zabitlərin hamısı hal-hazırda vəzifədədir. Bunlardan 5-i pilotdur.

Qeyd edək ki, Ankara Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən paytaxtda və 15 rayonda əməliyyata başlanılıb.

21.09.2018 11:28 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo