İcazəsiz ov edən əcnəbilər saxlanılıb - Salyanda

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.

21.09.2018 11:20 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo