Bu dövlət qurumları sosial şəbəkələrdə necə təmsil olunurlar?

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün sosial şəbəkələr məlumat əldə etmək vasitələri arasında həm auditoriya, həm də operativlik baxımından ilk yerlərdə qərarlaşır.

Artıq hər kəs xəbərləri bilavasitə sosial şəbəkələrin imkanlarından yararlanaraq əldə etməyə çalışır. Eyni zamanda, oxunulan xəbərin hər hansı bir rəsmi qurumun sosial şəbəkə hesabından yayımlanması oxucuda daha çox inam yaradır, məlumatların dəqiqliyinə şübhə yeri qalmır. Belə olan halda vətəndaşlar həmin qurumu aktiv fəaliyyətdə olan orqan kimi qiymətləndirir. Çünki onlar baş verənlərlə bağlı anındaca həmin orqanların sosial şəbəkə hesablarında məsələyə münasibət bildirdiklərini görürlər. Amma ola bilər ki, hansısa dövlət qurumunun sosial şəbəkə hesabı var, lakin hesab lazım olduğu qədər aktiv deyil. Bununla bağlı bəzi dövlət qurumlarının  sosial şəbəkələrdə hansı formada təmsil olunduqlarını bilmək üçün apardığımız kiçik araşdırmanı təqdim edirik:

 

 

Dövlət Miqrasiya Xidməti “Facebook”, “Twitter” və “Youtube” sosial şəbəkə hesablarında təmsil olunur. Qurum təmsil olunduğu bütün sosial şəbəkələrdə aktivlik nümayiş etdirir. Hər birində mütəmadi olaraq xəbərlər paylaşılır.

 

 

Dövlət Məşğulluq Xidməti xəbərlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkə hesabları olan “Facebook”, “Twitter”, “Youtube” və “İnstagram” vasitəsilə yayımlayır. Nazirlik Xidmət barədə bütün informasiyaları hesabında yerləşdirib.

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xəbərlərini “Facebook”, “Twitter” və “Youtube” vasitəsilə yayımlayanlardandır. Qurum “Facebook” və “Twitter”də eyni səviyyədə təmsil olunur. 3-4 gündən bir şəbəkələrdə məlumatlar yenilənir. Xidmətin “Youtube” hesabında isə aktivlik nümayiş olunmur. Son yenilənmə 1 ay öncəyə məxsusdur və bütünlükdə cəmi 2 video yerləşdirilib.

 

 

Hesablama Palatası rəsmi internet ünvanında (sai.gov.az) hansı sosial şəbəkələrdə təmsil olunduqları barədə heç bir məlumat verməyib. Qurumun yalnız “Facebook”da sosial hesabı var ki, orada da qurumun xəbərləri vaxtaşırı yayılır. 

 

 

“zəriqz” Qplı Səhmdr Cəmiyyəti internet ünvanında (azeriqaz104.az) rəsmi olaraq “Facebook”, “Twitter” və “İnstagram”da təmsil olunduqlarını qeyd ediblər. Amma qurumun “Twitter” hesabına daxil olmaq olmur. “Facebook”da aktiv şəkildə təmsil olunsalar da “İnstagram”da aktivlik zəifdir. Hər iki şəbəkədə rəy bölməsində yazılan şikayət və müraciətlər cavablandırılır və qeydə alındığı bildirilir.

 

 

“Bakı Metropoliteni” Qplı Səhmdr Cəmiyyəti “Facebook”, “Youtube” və “İnstagram” sosial şəbəkə hesablarında təmsil olunur. Qurum “Facebook”da qüsursuz fəaliyyət göstərir. “Youtube” və “İnstagram”da isə məlumatların yenilənməsi bir qədər zəifdir. Hər ikisində son yenilənmə avqust ayına aiddir.

21.09.2018 10:52 / Baxılıb: 732 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo