Paşinyan daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər

AZADİNFORM. Nikol Paşinyan qısa müddət ərzində artıq 5-ci dəfə Dağlıq Qarabağa səfər etdi. Sonuncu qəfil səfəri fövqəladə əhəmiyyət daşıyırdı. Nikol Paşinyan ABŞ-a getməyi, Trampla görüşü də arzulayırdı və BMT Baş Assambleyasında çıxışı da planlaşdırılmışdı.

Azadinform xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. 

Politoloq deyib ki, BMT Baş Assambleyasında ilk 3 gün ən vacib hesab olunur: “N. Paşinyan bu dövrdə Amerikada olmamasını Yerevan şəhərindəki mer seçkilərində iştirakı ilə əlaqələndirdi. N.Paşinyanın ssenarisinə görə sentyabrın 23-ü səhər səsini verib, sonradan ABŞ-a yola düşəcək. Artıq bu zaman o ABŞ prezidenti D.Trampın keçirdiyi rəsmi qəbulda da iştirak etməyəcək. Paşinyan bəlkə də Trampın keçirdiyi ziyafətə dəvət almayıb, bu çox ehtimallıdır. Paşinyan ABŞ-ın Ermənistanda illər boyu qurduğu siyasətinə dağıdıcı zərbə vurdu. Ona görə Paşinyanın ABŞ-da olarkən ciddi ABŞ rəsmisi ilə görüşməsi və ya ciddi tədbirlərə dəvət alması çox az ehtimallıdır. Bunu bilərəkdən Paşinyan özünü elə göstərir ki, Yerevan seçkisi onun üçün daha vacibdir. Paşinyanın bu versiyasını biz ciddi qəbul etmirik”.

M. Əhmədoğluna görə, əgər ABŞ-a səfərdən imtina edibsə, Dağlıq Qarabağa səfər edirsə demək bu da Yerevan şəhər merliyinə seçkilərdə ciddi problemlə bağlıdır.

Politoloq daha sonra deyib: “Paşinyanın dəstəklədiyi namizədi əhalinin cəmi 22 faizi dəstəkləyir. 3 ay bundan qabaq Paşinyanın reytinqi 100 faiz idi. 2,5 ay bundan qabaq 94 faiz, təxminən bir ay bundan qabaq 40 faiz, indi isə artıq 22 faizdir. Paşinyanın kifayət qədər sürətlə gerilədiyini görməmək mümkün deyil.

Paşinyan bu dövr ərzində həmişə özünün yalançı vətənpərvərlik şüarlarından istifadə edib, Dağlıq Qarabağ məsələsi ilə ciddi məşğul olan şəxs kimi göstərib. Amma onun verdiyi ziddiyyətli bəyanatlar heç kəsə sirr deyil.

N.Paşinyan BMT Baş Assambleyasının növbəti sessiyasının açıldığı gün ABŞ-da olmaq əvəzinə ayın 18-də Dağlıq Qarabağa gəldi və ön xətdə oldu, hərbi hissələrdə görüş keçirdi. FB-də keçirdiyi canlı yayımda o müharibəyə hazır olduqlarını xüsusi vurğuladı.

Diqqət çəkən məqam da burasındadır ki,  Paşinyan Azərbaycan tərəfindən olunan hücumu dəf etməkdən danışmır, Paşinyan müharibədən danışır.

Deməli Paşinyan Azərbaycan tərəfinə hücuma keçməyə hazırlaşır. Azərbaycan tərəfinin verəcəyi cavabı zərrə qədər şübhə altına almaq lazım deyil. 2016-cı il aprel ayında da indiki müdafiə naziri David Tonoyan təxribata başladı və cavabı da nəticəsi də hamıya bəllidir. İndi də Nikol Paşinyan eyni həmin yolu gedir və nə cavab alacağı da əvvəlcədən bəllidir”.

21.09.2018 10:20 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo