Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul olunub. 

Azadinform xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkanın Bakı olacağı nəzərə alınaraq Azərbaycan Enerji Xartiyası Konfransına sədrliyə namizədliyini irəli sürmüşdü. 2020-ci il üçün Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürdüyündən 3 ölkə arasında rəqabət vəziyyəti yaranmışdı. 

Lakin Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar davamlı fəaliyyəti, gərgin əməyi və diplomatik kanallar vasitəsilə aparılmış danışıqlar nəticəsində 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyə ən uyğun namizəd kimi ölkəmiz müəyyənləşib. Ermənistanın 2020-ci il üçün sədrlik iddiasının qarşısı alınıb. Bu ölkə konfransa 2021-ci ildə, Monqolustan isə 2022-ci ildə sədrlik etməyə razılaşıb. 

Azərbaycan üçün enerji siyasəti baxımından son dərəcə əlamətdar bir ildə Enerji Xartiyası Konfransına ev sahibliyi etməsi ölkəmizin növbəti uğurudur.

21.09.2018 10:10 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo