Vyetnam prezidenti dünyasını dəyişib

Vyetnam prezidenti Çan Day Kuanq dünyasını dəyişib.

Məlumatına görə, bu barədə xarici KİV xəbər yayıb.

Qeyd edək ki, 61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.

O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub. Karyerasına daxili işlər orqanlarında başlayıb. Sonra isə uzun müddət İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.

Fəlsəfə və hüquq elmləri doktoru olub.

21.09.2018 09:00 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo