Bayılda 36 yaşlı kişi itkin düşüb

Bakıda 36 yaşlı kişi itkin düşüb.

Məlumata görə, hadisə sentyabrın 19-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi ev 61-də yaşayan 1945-ci il təvəllüdlü Əsədov Valeh Hidayət oğlu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 19-da onunla yaşayan oğlu, 1982-ci il təvəllüdlü Orxan Valeh oğlu Əsədov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən araşdırmalara başlanıb. (trend)

20.09.2018 23:21 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo