AÇG-dən 264 mln. ton mənfəət nefti satılıb

İşlənmənin əvvəlindən (1997-ci il) bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇ) yataqlarından 462,3 mln. ton neft və 147,6 mlrd. kubmetr qaz hasil olunub.

Azadinform xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə "İki sahil" qəzetindəki məqaləsində məlumat verib.

O xatırladıb ki, artıq 19-cu ildir “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər.

X.Yusifzadə bildirib ki, bu il avqustun 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 264 mln. ton “mənfəət nefti” satılıb ki, bu da həmin vaxtadək çıxarılmış “Azəri-Çıraq-Günəşli” neftinin 57,1 faizini təşkil edir.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

20.09.2018 19:28 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
    17.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo