Sarayda yanğın 1 nəfər xəsarət alıb

Samir Soltanov/AZADİNFORM. Abşeron rayonunun Saray qəsəbəsində sex yanıb. 

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 600 kv.m olan tikilinin (sex kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə, içərisində həcmi 5 kub.m olan qırla dolu çəllək və 25 büküm ruberoid yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20.09.2018 18:45 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo