Qızılağac qoruğunda qanunsuz ov edən cərimələnib 1000 AZN

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb. 

Nazirliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub. Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. 

Ondan ov tüfəngi və patron götürülüb.

20.09.2018 18:25 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo