Məleykə Abbaszadə Litvanın dövlət katibi ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Səfər çərçivəsində bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Litva dövlət katibi Algirdas Stonkaitisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

DİM-dən Azadinform-a verilən məlumata görə, sədr Azərbaycan-Litva arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrinin inkişafı barədə danışıb, “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsi çərçivəsində Litva ilə əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Tərəflər dövlət idarəçiliyi və dövlət qulluğu, o cümlədən dövlət qulluqçularının yenidən hazırlığı və beynəlxalq standartlara cavab verən dövlət qulluğu institutunun möhkəmlənməsi sahəsində islahatlarla bağlı ölkələrində baş verən yeniliklər barədə fikir mübadiləsi aparıblar. 

Görüş zamanı, həmçinin qeyd olunan layihənin ümumi gedişatı, layihə çərçivəsində həll edilmiş məsələlər, həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr barədə məlumat verilib. Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən tərəflər Layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirib. 

Layihə rəhbərləri hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğunu vurğulayaraq həyata keçirilən işlərin layihənin ümumi məqsədlərinə öz töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd ediblər.

Sonda ikitərəfli əməkdaşlığın növbəti mərhələləri müzakirə edilib, Tvinninq müqaviləsinin müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair müzakirələr aparılıb və layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilib.

20.09.2018 18:15 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo