Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş olub

Samir Soltanov/AZADİNFORM. Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Azadinform xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan parlamentinin yaranması tarixi və inkişafı barədə qonaqlara ətraflı məlumat verib. Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bir çox dövlətlərlə, eləcə də Hindistanla yaxşı əlaqələrə malikdir. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir. 

Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa Azərbaycan xalqını Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, Hindistan parlamentinin tarixi və fəaliyyəti barədə məlumat verib. Qonaq Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edib. Deputat deyib ki, Hindistan Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır. İki ölkə arasında bir çox sahələrdə, xüsusilə səhiyyə, enerji və biznes sahələrində yaxşı əməkdaşlıq var.

20.09.2018 17:53 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo