Ölkə başçısı Malta Prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə bildirilir: “Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq diləyirəm”.

20.09.2018 17:44 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo