Merkel və Putin İdlib razılaşmasını müzakirə edib

Samir Soltanov/AZADİNFORM. Almaniya Kansleri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Azadinform xəbər verir ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, hər iki ölkənin rəsmisi əsasən Suriyadakı son vəziyyəti müzakirə edib. 

Söhbət əsasən Rusiya Federasiyası ilə Türkiyə arasında Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zona yaradılması barədə razılaşmadan sonra oradakı vəziyyətdən gedib. Kansler münaqişənin genişlənməsinin qarşısını almağa və dinc əhalinin müdafiəsinə yönəlmiş səyləri alqışlayıb. 

20.09.2018 14:35 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
    22.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo