ABŞ Dövlət Departamenti: Azərbaycan ötən il terrorçuluqla mübarizədə ABŞ-ın güclü tərəfdaşı olub

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olub”. 

Azadinform xəbər verir ki, bu fikir ABŞ Dövlət Departamentinin illik hesabatında yer alıb. Hesabatda bildirilir ki, ötən il Azərbaycan Hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib. 

Bundan başqa, vurğulanır ki, hesabat ilində Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib. Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib.

20.09.2018 14:10 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo