Paşinyanın ATƏT-in Minsk Qrupunun nizamnaməsinə zidd bəyanatlarına heç bir reaksiya gəlməyib

Şəfa Tapdıq/AZADİNFORM. “Paşinyanın dediklərindən belə çıxır ki, o, ATƏT-in Minsk qrupunu prosesdən uzaqlaşdırır. Onun Qarabağın statusu ilə bağlı qərar vermək səlahiyyəti yoxdur. Amma bu haqda danışır”.

Azadinform xəbər verir ki, bu fikirləri bu gün politoloq Mübariz Əhmədoğlu növbəti “Qarabağ saatı” tədbirində deyib. Politoloq bildirib ki, Ermənistanın baş naziri statusunda Nikol Paşinyanın verdiyi hər bir bəyanatı kifayət qədər müəyyənedici xarakterlidir: “Bəlkə də Paşinyan savadsız və yaxud məntiqsiz adam rolunu ifa edir. Mümkündür, onun həyat tərzində bunu görmək olar. Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatması ilə bağlı bəyanatları sırf birmənalıdır. Başqa variantda başa düşmək mümkün deyil. O, Ermənistanın baş naziri postunda ən azı 2 dəfə Dağlıq Qarabağı Ermənistanın tərkibində gördüyünü bəyan edib. Sonuncu bəyanatında Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmağın variantını axtardığını bildirdi. Əslində bu, Ermənistanın Paşinyanın rəhbərlik etdiyi hakimiyyətinin Dağlıq Qarabağın statusunun müəyyən olunmasına müdaxiləsidir. Dağlıq Qarabağın statusunu isə Ermənistan deyil, ATƏT-in Minsk qrupu müəyyən etməlidir. Əgər Paşinyan Dağlıq Qarabağın statusunu müəyənləşdiribsə, danışıqlara və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmır”.

Politoloq qeyd edib ki, baş nazir N. Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyəsinin barometridir: “Məsələnin digər tərəfi də diqqət çəkir - Paşinyanın ATƏT-in Minsk Qrupunun nizamnaməsinə zidd bəyanatlarına ATƏT Minsk Qrupu bu günədək heç bir reaksiya verməyib. Bununla, ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq hüquqa, özlərinin nizamnaməsinə, təmsil etdiyi dövlətlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri özünəhörmət hissi ilə tanışdırlarsa, onlar Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşmalıdırlar. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ tənzimlənməsində kömək üçün Azərbaycan ordusuna müraciət etməklə, özünün imicinin daha da ləkələnməsinin qarşısını ala bilər”.

20.09.2018 13:40 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo