Volkswagen İrana avtomobil ixracını dayandırır - Səbəb?

Samir Soltanov/AZADİNFORM. “Volkswagen” şirkəti ABŞ-ın İrana tətbiq etdiyi təktərəfli sanksiyaları dəstəkləyib. 

Azadinform xəbər verir ki, şirkət İrana avtomobil ixracını dayandırır. 

Məsələ ilə bağlı açıqlama verən ABŞ-ın Berlindəki səfiri Riçard Grenell qeyd edib ki, şirkətin sanksiyaları dəstəkləməsi üçün uzun müddət görüşlər aparılıb: “Volkswagen” İrana qarşı tətbiq edilən sanksiyalara qoşulacağını bildirib. Bu qərardan məmnun qaldıq”.

Qeyd edək ki, ABŞ-ın İranla bağlı avqustun 7-də qəbul etdiyi sanksiya qərarı əsasən bu ölkəyə ən çox gəlir gətirən avtomobil sektorunu hədəf alıb. 

20.09.2018 13:20 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo