NATO Azərbaycanın terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir və NATO-nun səylərini dəstəkləyir”. 

Azadinform xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO baş katibinin müavini Rouz Gotemoller bildirib. O qeyd edib ki, NATO Azərbaycanın terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirir. 

Baş katibin müavini bu il iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşünün önəmini qeyd edib. 

Rouz Gotemoller Azərbaycanın NATO ilə sıx əməkdaşlığının olduğunu vurğulayıb: “Biz bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir”. 

20.09.2018 12:24 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo