Azərbaycan nefti 81 dollara yaxınlaşır

Samir Soltanov/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti bahalaşıb. 

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 79,76 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,61 dollar artaraq 71,73 dollar olub.
Azərbaycan neftinin qiyməti artıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 80,69 dollar təşkil edib.

20.09.2018 11:20 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo