Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasına qatılacaq

Samir Soltanov/AZADİNFORM. Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. 

Energetika Nazirliyindən Azadinform-a verilən məlumata görə, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Həmçinin cari il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq. 

Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

20.09.2018 11:11 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo