BMT rəsmisi: Suriyanın yenidən inşasına yarım əsr vaxt lazımdır

Samir Soltanov/AZADİNFORM. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin soyqırımların qarşısının alınması üzrə xüsusi müşaviri Adama Dieng Suriya problemi ilə bağlı danışıb. 

Azadinform xəbər verir ki, müşavir Rusiya və Türkiyə arasında İdlib razılaşmasından məmnun qaldığını bildirib: “Ümid edirəm ki, tərəflər razılaşmaya sadiq qalacaq”.

O qeyd edib ki, sülh əldə etmək sadəcə atışmanın dayandığı anlamına gəlmir: “Ölkədə vəziyyət normala döndüyündə hər məzhəbdən olan insan Suriyanın yenidən inşasına yardım etməlidir. Livanın yenidən inşası 25 il davam etdi. Qorxuram ki, Suriyanın yenidən bərpa olunmasına yarım əsr vaxt lazımdır”.

20.09.2018 10:47 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo