Qarabağ Arsenal oyunun biletləri satışda

Samir Soltanov/AZADİNFORM. “Qarabağ” – “Arsenal” matçının biletləri satışa çıxarılıb. 

Azadinform xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” oktyabrın 4-ü İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri bu gündən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir. 

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər. 


Satış məntəqələri: 


Qarabağ FK Fan-şop (Park Bulvar)

"İticket" kassaları

Sumqayıt şəhəri (ASAN xidmət)

"28 Mall"

"Gənclik Mall"  

Qeyd edək ki, stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.

20.09.2018 10:35 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo