Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə Avropada geosiyasi mühit dəyişəcək

Samir Soltanov/AZADİNFORM. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının (Aİ) bütün maraqlarına uyğun layihədir və o, Aİ-nin strateji layihələri sırasındadır”. 

Azadinform xəbər verir ki, bunu sentyabrın 20-də Bakıda keçirilən VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018”ə ünvanladığı video müraciətdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib. O bildirib ki, Avropa enerji baxımından vacib regiondur: “Enerji tranziti də bizim üçün əhəmiyyətlidir və qaz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan, eləcə də Xəzər regionu Avropa İttifaqı üçün vacib tərəfdaşlardandır. Siz Cənub Qaz Dəhlizinin əsas təchizatçısınız. Bu layihənin reallaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, biz iqlim dəyişikliyi ilə bağlı əsas hədəflərə çatacağıq və ümumilikdə geosiyasi mühit dəyişəcək. Birgə səylərimizlə biz 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə müvəffəq olacağıq. Bu, tarixi hadisə olacaq”. 

Maroş Şefçoviç vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi sayəsində bütün iştirakçı ölkələrlə yanaşı, ümumilikdə Avropa dövlətləri də qazanacaq: “Cənub Qaz Dəhlizi” qitədə dekarbonizasiyaya və enerji səmərəliyinə öz töhfəsini verəcək”.

20.09.2018 10:16 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo