Səyyar ASAN xidmət Çilov adasında

Adəm Abbaslı/AZADİNFORM. 20 sentyabr “Neftçilər günü” münasibəti ilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

ASAN-dan Azadinform-a verilən məlumata görə, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət təqdim edilib. Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi,  eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


20.09.2018 09:55 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo