NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb.

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında alyansın Baş katibinin müavini Rouz Qottemüller deyib.

O deyib: "Biz ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayırıq".

R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur: "Biz Azərbaycanın maraqlarına cavab verən layihələrdə birgə işləyirik. O cümlədən, müdafiə sahəsində təsisatların inkişafında birgə layihələrimiz var. Hesab edirik ki, bu layihələr Azərbaycanın dünya birliyinin aparıcı üzvü kimi inkişafında böyük rol oynayacaq".

NATO rəsmisi həmçinin ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirib.

20.09.2018 09:40 / Baxılıb: 341 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo