Ermənistan hökumətində yeni istefalar gözlənilir

Ermənistan hökumətində yaxın günlərdə bəzi dəyişikliklər gözlənilir. 

Azadinform-un “İrates” qəzetinə istinadən verdiyi xəbərə görə, Xüsusi İstintaq Xidməti rəisi Vaqram Şaqinyanın, respublika Baş prokuroru Artur Davtyanın, habelə elm və təhsil naziri Arahik Harutunyanın istefaya göndəriləcəyi gündəmdədir. Buna səbəb adı çəkilən şəxslərin ictimaiyyət arasında yeni hökumətə qarşı böyük inamsızlığa gətirib çıxaran ciddi səhvlərə yol vermələridir.

“Hraparak” qəzeti isə yazır ki, hazırda keçmiş hakimiyyətlə bağlı olanlar dövlət idarəetmə qurumlarından kütləvi şəkildə uzaqlaşdırılırlar.

19.09.2018 23:43 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo