Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında baş vermiş avtomobil qəzası zamanı hər iki sürücü xəsarət alıb.

Onlardan birinə ambulator yardım göstərilib. Digər sürücü, Gədəbəy rayon sakini, 68 yaşlı Səfdər Bağırov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

19.09.2018 22:46 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.05.2019
    18.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo