ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş "Florens" qasırğası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "USA Today" nəşri yazıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində ikisi körpə olmaqla 32 nəfərin həyatını itirdiyi məlum idi.

"Florens" qasırğası Atlantik okeanının ABŞ sahillərinə cümə günü çatıb və dərhal zəifləməyə başlayıb. Hazırda onun statusu fırtına dərəcəsinədək düşüb.

19.09.2018 22:32 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo