Azərbaycan bal istehsalını artıracaq

Bu il Azərbaycanda bal istehsalında cüzi artım gözlənilir.

Bu barədə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu hələlik ilkin proqnozlardır, çünki bir sıra rayonlarda balın süzülməsi prosesi hələ başa çatmayıb:

“Biz bu il bal istehsalının 3 min tona yaxın və ya bir qədər yüksək olacağını gözləyirik. Amma bu, hələlik ilkin proqnozlardır”.

Proqnozların azalmasına gəlincə B.Həsrətov bildirib ki, bu problem bəzi regionlarda qeydə alınmış hava şəraiti ilə əlaqədar olub. Daha əvvəl, Assosiasiya 2018-ci ildə 5.000 ton balın istehsal olunacağını proqnozlaşdırmışdı:

“Bir sıra dağlıq və dağətəyi rayonlarda, xüsusilə şimal-qərb və şimal rayonlarında məhsuldarlıq aşağı olub. Bunun səbəbi soyuq yaz, daha sonra qəfil istiləşmə olub. Nəticədə çiçəklər kifayət tozcuq verə bilməyib. Amma bəzi aran rayonlarında və ölkənin cənubunda yüksək məhsuldarlıq qeydə alınıb, bəzi yerlərdə bir arı ailəsindən 50 kiloqramadək məhsul götürülüb. Ona görə də məhsuldarlıq ötənilki səviyyədə qalıb. Ötən il bu regionlarda hər arı ailəsindən 20 kiloqramadək məhsul təşkil edib. Bu sahədə əhəmiyyətli artım qeydə alınıb”. (trend)

19.09.2018 22:17 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo