Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib

AZADİNFORM. Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.

Azadinform xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Sadiq Səncarini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

19.09.2018 21:48 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo