FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırılıb

FİFA üç vəzifəli şəxsi ömürlük futbol fəaliyyətindən kənarlaşdırılıb. 

Azadinform FİFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar qurumda korrupsiyaya dair araşdırmalar nəticəsində verilib. 

Qərara əsasən, Şimali Amerika Futbol Liqası Direktorlar Şurasının keçmiş sədri Aaron Davidson, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Konfederasiyasının (CONCACAF) keçmiş attaşesi Kostas Takkas, sabiq idman marketinqi məsləhətçisi Migel Truxilyo bir daha futbol fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. 

Eyni zamanda onlar 1 milyon İsveçrə frankı məbləğində cərimələniblər. 

Qeyd edək ki, hər üç şəxs FİFA-da da təmsil olunurlarmış. 

19.09.2018 21:23 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo