Küveyt parlamentinin sədri Azərbaycana gəlib

AZADİNFORM. Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Bakıya səfərə gəlib.

Azadinform xəbər verir ki, səfərdə məqsəd Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etməkdir. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Mərzuq Əli əl-Ğanimi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar. 

19.09.2018 21:09 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo