"Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxacağı vaxt müəyyənləşib

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib. 

Azadinform "Qarabağ" klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.

Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop ("Park Bulvar")

İticket kassaları

Sumqayıt şəhəri ("ASAN Xidmət")

"28 Mall"

"Gənclik Mall"

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək. 

19.09.2018 20:54 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo