Amerikalı milyarder yeni maliyyə böhranının vaxtı ilə bağlı proqnoz verib

"Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcəyini güman etmək olar".

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio “Business İnsider” nəşrinə açıqlamasında bildirib. 

"Hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır. İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır", - o qeyd edib.

19.09.2018 20:26 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo