Prezident Mixail Şvıdkoyu və Hüseyn Saltuk Düzyolu təltif edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Mixail Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə Mixail Yefimoviç Şvıdkoy “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin. 

Eyni zamanda, Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilsin.

19.09.2018 18:23 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo