Layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır

Şəfa Tapdıq/AZADİNFORM. “Bakı Natiqlik Məktəbi İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə layihə həyata keçirir və vətəndaş cəmiyyətləri institutlarının inkişafına dair təlimlər təşkil ediləcək. Təlimlər həm qəzet, həm də internet TV redaksiyalarda keçiriləcək”.

Azadinform xəbər verir ki, bu fikirləri Bakı Natiqlik Məktəbi İB-nin sədri Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, təlimlərin təşkilində məqsəd nitq mədəniyyətinin formalaşdırılmasıdır: “Layihənin məqsədi vətəndaş cəmiyyəti institutlarının inkişafına töhfə vermək, KİV üçün ekspertlərin yetişdirilməsinə yardım göstərməkdir”.

Peşəkar Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Təlim praktik məşğələlər və debatlarla davam etdirilib.

19.09.2018 17:40 / Baxılıb: 795 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo