SOCAR gələn il yeni neft-kimya kompleksinin inşasına başlayacaq

Samir Soltanov/AZADİNFORM. SOCAR 2019-cu ilin iyununda Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq. 

Azadinform xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması 2019-cu ilin aprelində başa çatacaq. İyunda isə tikinti işlərinə başlanacaq. 

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub. 

“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.

19.09.2018 17:25 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo