Pakistanın sabiq baş naziri azadlığa buraxılıb

Samir Soltanov/AZADİNFORM. Pakistanın sabiq baş naziri Nəvaz Şərif şərti azadlığa buraxılıb. 

Azadinform xəbər verir ki, N. Şərif, qızı və kürəkəni korrupsiya və rüşvət almaqda ittiham olunaraq həbsə atılmışdı. Qərarla bağlı etirazını bildirən sabiq baş nazir və ailəsi dəlil yetərsizliyindən azadlığa buraxılıb. Məhkəmə hakimi prokurorun təqdim etdiyi dəlilləri yetərsiz qəbul edib. Qərara əsasən sabiq baş nazir 500 min Pakistan rupisi ödəməklə özü və ailəsi sərbəst qalacaq.

Qeyd edək ki, sabiq baş nazir və ailə üzvləri korrupsiya və rüşvət almaqda ittiham olunmuşdu. İddialara əsasən N. Şərif aldığı pullarla Londonda özləri üçün bir neçə mənzil alıblar. Məhkəmədə özünə aid iddiaları təkzib edən N. Şərif sadəcə 2 övladının Londonda mənzil sahibi olduğunu bildirib. Məhkəmənin qərarı ilə N. Şərif 10 il, qızı 7 il, kürəkəni isə 1 il müddətində azadlıqdan məhrum edilmişdi. Həmçinin, qərara əsasən sabiq baş nazir 10 milyon sterlinq, qızı isə 2 milyon sterlinq dəyərində cərimələnmişdi. 

19.09.2018 16:48 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo