Evdən 12 min manatlıq qızıl-zinət əşyalarını oğurlayanlar saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Novxanıda evdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Novxanı qəsəbəsindəki evlərin birindən 200 manat pul və 12 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Coşqun Məhərrəmov və Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Qasım Abdullayev saxlanılıblar.

19.09.2018 15:25 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo