AzMİU-nun elmi jurnalı AAK-ın siyahısına daxil edilib

AZADİNFORM. Azərbaycan Memarlıq və İnşaat Unversitetinin (AzMİU) “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəsmi tanıdığı elmi nəşrlər siyahısına daxil edilib.

Jurnalın adı AAK-ın “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsində yer alıb. 

Məlumat üçün qeyd edək ki, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı AzMİU-nun “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunur. Elmi jurnal 2015-ci ildə    Ədliyyə Nazirliyində mətbu nəşrlərin reyestrinə salınıb.

19.09.2018 15:17 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo